Saytımızı qiymətləndirin


 
 

“Merihi yox, türk xalqını cəzalandırmaq cəhdidir” - Ərdoğan
Tarix: 07-07-2024 | Saat: 22:29
Bölmə:Karusel / Region | çapa göndər

merihi-yox-turk-xalqini-cezalandirmaq-cehdidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Demiralı iki oyunluq diskvalifikasiya etmək qərarını siyasi motivli adlandırıb.

Qarabaginfo.az xəbər verir ki, Türkiyə lideri Berlində keçirilən futbol üzrə Avropa çempionatının (Avro-2024) 1/4 final mərhələsinin Türkiyə-Niderland oyununda onu müşayiət edən jurnalistlərlə söhbətində UEFA-nın qalmaqallı qərarını şərh edib.

“UEFA-nın Merih Demiralla bağlı diskvalifikasiya qərarı Avropa çempionatına ciddi kölgə salıb. Bu, sırf siyasi qərardır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, UEFA-nın türk futbolçu ilə bağlı mövqeyi şəxsən Demirala qarşı deyil, bütövlükdə türk xalqını cəzalandırmaq cəhdidir.

Türkiyə lideri Niderland ilə oyunda niderlandlı futbolçunun qaydaları açıq-aşkar pozduğuna görə hakimin penalti təyin etmədiyini qeyd edib.

Bildirib ki, Türkiyə bundan sonra da futbolu inkişaf etdirəcək və getdikcə qarşısına daha iddialı hədəflər qoyacaq.



Xəbəri paylaş

167 dəfə oxunub.

Digər xəbərlər
17-05-2024, 16:44 Malatyada ZƏLZƏLƏ