Saytımızı qiymətləndirin


 
 

Paşinyan: Ermənistan ərazisində azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırıq
Tarix: 17-10-2023 | Saat: 15:30
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan: Ermənistan ərazisində azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırıq - YENİLƏNİB

Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

“Bu dəmir yolu Ermənistanı Azərbaycanla, Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-şərq rayonlarını Naxçıvanla, Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə ilə, Gürcüstan, Azərbaycan və Ermənistanı İranla, Xəzərdən dənizindən Aralıq dənizinə qədər Şərqlə Qərbi birləşdirəcək”, - Ermənistan hökumətinin başçısı vurğulayıb.

Erməni Baş nazir onu da əlavə edib ki, Ermənistan öz ərazisində Azərbaycan mallarının daşınması və azərbaycanlıların hərəkətinin təhlükəsizliyini təmin etməyə hazırdır.

***

14:39

Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.

"Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq", - o qeyd edib.



Xəbəri paylaş

187 dəfə oxunub.

Digər xəbərlər