Saytımızı qiymətləndirin


 
 

Nazir: Ermənistanın genişmiqyaslı militarizasiya siyasəti müdafiə qabiliyyətimizi daha da artırmağı labüd edib
Tarix: 18-11-2024 | Saat: 11:30
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk etdi

Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab vermək ölkəmizin müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını, ölkəmizin müdafiə qabiliyyətinin daha da artırılmasını labüd edib.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir: “Sosialyönümlü xərclər 2025-ci dövlət büdcəsində də əsas götürülüb. Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq”.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər