Müharibədən və səfərbərlikdən Gürcüstana qaçan ruslar ölkəni tərk etməyə başlayıblar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, 2023-cü ilin sonunda 1 milyon 856 min 237 Rusiya vətəndaşı ölkəyə daxil olub, 1 milyon 887 min 223 nəfəri isə ölkədən gedib.
Daxil olanlarla gedənlər arasındakı fərq ölkədən çıxanların xeyrinə 30 986 nəfər rus olub. Bu, 2022-ci ildə Gürcüstanda daimi yaşamaq üçün köçənlərdir.
“Ümumilikdə, Ukraynadakı müharibənin birinci ilində Gürcüstana 700 min rus köçüb, lakin 2023-cü ilin noyabrına qədər onlardan 100 mini ölkədə yaşayıb”, – Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.