Tarix: 10-02-2022 | Saat: 18:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Matsoni Gürcüstana məxsus coğrafi göstəricidir”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin (“Sakpatenti”) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, coğrafi göstərici əqli mülkiyyət obyektlərindən biridir və kənd təsərrüfatı məhsullarının rəqabətliliyinin və ixracının artırılması üçün önəmli alətlərdəndir.
“Qanunla qeydiyyata alınmış coğrafi göstəricisinin birbaşa və ya dolayısilə kommersiya məqsədilə istifadəsi qadağan edilir. Matsoni adının reputasiyasından istifadə edərək ona bənzər addan istifadə də qadağandır. “Matsoni” Gürcüstana məxsus digər coğrafi göstəricilərlə yanaşı, Avropa İttifaqı, İsveçrə və Böyük Britaniyada da ikitərəfli sazişlər əsasında qorunur”, - “Sakpatenti”nin açıqlamasında deyilir.
Mərkəzdən həmçinin qeyd olunub ki, qeydiyyata alınmış coğrafi göstərici ilə bağlı hər hansı qanun pozuntusu mülki, inzibati və cinayət məsuliyyəti yaradır.
Xatırladaq ki, Gürcüstan Ermənistanda istehsal olunan matsun məhsulunun öz ərazisi vasitəsilə Rusiyaya tranzitinə qadağa tətbiq edib. Buna səbəb məhsulun adının gürcü məhsulu olan matsoni ilə bənzərliyidir. Qadağadan sonra Ermənistan süd məhsulunu “erməni dağ yoqurtu” adı altında tranzit etməyə məcbur olub.
Digər xəbərlər