Tarix: 13-11-2024 | Saat: 19:59
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu COP29-a qatılan dünyaca məşhur yoqa ustası Sadquru jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hidrokarbonat, silah dünya torpaqlarını gözardı etmək üzərinə qurulub: “Bu problemi həll etsək, yenilənən resurslara keçsək, indi baş verən iqlim böhranının 37-38 faizini həll etmiş olarıq: “İqlim probleminin yumşaldılması rahatlıqla ələ alına biləcək məsələdir və bunun ən önəmli tərəfi dünya əhalisinin 54 faizinin hələ də o torpaqlarla işləməsidir. Bu da dünya əhalisinin 54 faizinin həyatının dəyişə bilməsi deməkdir. Fermerlərdən soruşsanız, münbit torpaqlarda işləmək istədiyini deyəcəklər. Münbit torpaqlar həyatla doludur”.
O, həmçinin əlavə edib ki, torpaq təkcə planetimizdə deyil, bütün kainatda ən canlı sistemdir: “Milyardlarla canlı növü torpaqda yaşayır və onlar təhlükədədir, çünki torpaqlarda yetəri qədər üzvi maddə tapılmır”.
Digər xəbərlər