Saytımızı qiymətləndirin


 
 

“Qərb Rusiya və Belarusu boğmağı qarşısına məqsəd qoyub”- LUKAŞENKO
Tarix: 02-11-2024 | Saat: 14:00
Bölmə:Karusel / Dünya | çapa göndər

Qərb siyasətçilərinin Rusiyanın Belarus vasitəsilə qonşu Aİ ölkələrinə və Ukraynaya qarşı təcavüzü planlaşdırdığına dair bəyanatları axmaqlıqdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Biz vəziyyəti gərginləşdirmirik. Rusiya Belarus vasitəsilə Polşaya, Litvaya, Latviyaya və ya Ukraynaya hücum etmək fikrində deyil. Belarusda heç kim bizim xəbərimiz olmadan qonşuları və NATO ilə vuruşmayacaq”, – Lukaşenko bildirib.

Onun sözlərinə görə, əksinə, Qərb Belarus və Rusiyanı boğmağı qarşısına məqsəd qoyub: “Bu gün bu məqsədə doğru irəliləyərək, bizi nəyəsə görə qınamaq üçün səbəb axtarırlar”.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər