Saytımızı qiymətləndirin


 
 

FHN hava limanında təlim keçirib
Tarix: 30-10-2024 | Saat: 09:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda yeni hava limanı niyə vacibdir? - SƏBƏBLƏR

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti razılaşdırılmış plan-qrafik əsasında ölkə ərazisində fəaliyyət göstərən bəzi hava limanlarında birgə təlimlər keçirib.

Belə ki, Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunda, Gəncə, Qəbələ, Füzuli və Naxçıvan hava limanlarında keçirilmiş təlimlərdə məqsəd hava limanında yanğın təhlükəsizliyi tədbirlərinin səmərəliliyinin, habelə fövqəladə hallara çevik reaksiya verilməsi imkanlarının artırılması, eyni zamanda hava limanları ilə Fövqəladə Hallar Nazirliyi arasında xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsinin təşkili olunub.

Fövqəladə Hallar Nazirliyi Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə reallaşdırılan təlimlərə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı, Gəncə, Şimal-qərb, Qarabağ Regional mərkəzlərinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri, eyni zamanda “AZAL”ın müvafiq struktur bölmələri cəlb olunub.

Təlimlər zamanı ssenariyə uyğun simulyasiyalar üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qarşıya qoyulan məqsədlərə nail olunub.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər