Tarix: 30-10-2020 | Saat: 14:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün keçirilməsi planlaşdırılan görüşdən bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiya, ABŞ və Fransa) Cenevrədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS mənbəyinə istinadən məlumat yayıb.
Mənbə həmçinin bugünkü danışıqların mətbuata qapalı şəkildə keçiriləcəyini vurğulayıb.
Bildirilib ki, hələlik müzakirələrdən sonra bəyanatın dərc edilib-edilməyəcəyi məlum deyil. (Report)
Minsk qrupunun iki ölkənin xarici işlər nazirləri ilə görüşü əvvəlcədən oktyabrın 29-na nəzərdə tutulsa da, sonradan görüş oktyabrın 30-na təxirə salınıb.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədi
Digər xəbərlər