Saytımızı qiymətləndirin


 
 

Bu il iş başında 67 jurnalist həlak olub
Tarix: 11-12-2022 | Saat: 14:10
Bölmə:Karusel / Manşet | çapa göndər

Bu il iş başında 67 jurnalist həlak olub

2022-ci ildə iş başında həlak olan jurnalistlərin sayı artıb. 

 

Qarabaginfo.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) illik hesabatında deyilir.

Hesabata görə, buna Ukraynadakı müharibə, Haitidəki xaos və Meksikada cinayətkar dəstələrin zorakılığının artması şərait yaradıb.

Belə ki, ilin əvvəlindən bugünədək dünyada 67 jurnalist və media işçisi dünyasını dəyişib ki, keçən il bu rəqəm 47 olub.

Ölən jurnalistlərin əksəriyyəti - 12 nəfər Ukraynada həlak olub. Hesabatda qeyd olunur ki, media işçilərinin ölümü daha çox Rusiyanın Ukraynaya qarşı müharibəsinin ilk dövründə baş verib. Ukraynadakı həlak olanlar arasında amerikalı sənədli film rejissoru Brent Reno da var.

Mətbuat nümayəndələrinin ölüm sayına görə sonrakı yerləri Çin (11 nəfər) və Myanma (6 nəfər) tutur. Media işçiləri arasında ən yüksək cinayət rekordu da Çin və Myanmadadır. Hesabatda bildirilir ki, ötən il 365 jurnalist həbs edilib.

IFJ-nin baş katibi Entoni Bellanqer deyib ki, jurnalistlərin və digər media işçilərinin qətllərinin sayının kəskin artması böyük narahatlıq doğurur və dünya dövlətləri üçün növbəti həyəcan siqnalıdır.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər