Tarix: 26-10-2024 | Saat: 18:51
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib.
Qarabaginfo.az xəbər verir ki, əvvəlcə tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov “Nə? Harada? Nə zaman?” intellektual oyununun nəticələri barədə hesabat verib. O bildirib ki, bu il “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil olunan yarışın əsas məqsədi silsilə tədbirlərin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən YAP üzvü və bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, ekologiya və bioloji müxtəliflik haqqında gənclərin bilik səviyyəsinin artırılması, eyni zamanda, gənclərin intellektual inkişafının və komanda ruhunda işləmək bacarıqlarının təşviqidir.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə respublika səviyyəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilməsi çox əhəmiyyətlidir:
“Məlumat verildiyi kimi, 85 komandanın iştirakı ilə keçirilən və 22 qalib komandanın final mərhələsində I-III yerlər uğrunda mübarizə apardığı bu intellektual yarışmada gənclərimiz ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın təmini istiqamətində həyata keçirilən dövlət siyasətinə - Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülmüş işlərə, o cümlədən “yaşıl enerji” konsepsiyası əsasında reallaşdırılan tədbirlərə dair çoxsaylı sualları cavablandırmaqla intellektual mübarizə aparmışlar. Hər ilin aktual gündəliyinə həsr olunan və 2022-ci ildən başlayaraq artıq ənənə halını almış bu bilik yarışması gənclərin potensialının üzə çıxarılması, onlar arasında kommunikasiyanın gücləndirilməsi və komanda şəklində birgə çalışmaq bacarıqlarının yüksəlməsinə geniş imkanlar yaradır”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə çıxışında bildirib ki, bu gün Azərbaycan sürətli inkişaf dövrünü yaşayır və bu dayaradıcı və intellektual gənclər üçün öz təşəbbüslərini reallaşdırmaqda yeni imkanlar yaradır. Nazir müavini qeyd edib ki, gənclər siyasi fəaliyyətlə yanaşı, onlara yaradılan genişimkanlardan istifadə etməklə öz bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif platformalardan məharətlə istifadə edirlər.
Bundan sonra I, II, III yerləri tutmuş Yasamal, Gəncə və Nəsimi komandalarının oyunçularımüvafiq diplomlar, medallar və xatirə hədiyyələri ilə, qalib komanda isə əlavə olaraq kubokla təltif olunub.
III yerin qalibi – Yasamal komandasını YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, II yerin qalibi – Gəncəkomandasını YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, I yerin qalibi – Nəsimi komandasını isə YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təltif edib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.(Apa)
Digər xəbərlər