Saytımızı qiymətləndirin


 
 

Zelenski bir nömrəli düşmənindən danışıb
Tarix: 10-03-2022 | Saat: 23:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini özünün bir nömrəli düşmən hesab etdiyini təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə o, Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.

"Onlar dövlət başçısını görürlər, siyasətçiləri görürlər, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəyə çevriləcəyini gözləmirdi.

"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - dövlət başçısı əlavə edib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər