Tarix: 29-10-2020 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Xüsusilə diqqətdə olan məsələ Ermənistan tərəfindən mülki əhaliyə qarşı kasetli silahların istifadə edilməsidir. Biz həmçinin ballistik raketlərin mülki əhaliyə qarşı istifadəsini də vurğulamalıyıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bərdədə diplomatik korpusun və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
Hacıyevin sözlərinə görə, Avropa regionunda İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, böyük şəhərlərə “SCUD” ballistik raketləri atılır.
“Gəncə şəhərində beş yüz min insan yaşayır. Bu cür cinayətlər araşdırılmalı və hesabatlar dərc olunmalıdır. Təbii ki, biz obyektiv və qərəzsiz hesabatlar gözləyirik. Sonradan bu hesabatlar beynəlxalq ictimaiyyətə təqdim oluna bilər”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Digər xəbərlər