Saytımızı qiymətləndirin


 
 

Gürcüstan prezidenti müxalifətin Tbilisidəki izdihamlı mitinqinə qatılıb
Tarix: 20-10-2024 | Saat: 22:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisinin Azadlıq meydanında keçirilən “Gürcüstan Avropa İttifaqını seçir” mitinqində çıxış edib.

“Exo Qafqaza” portalı xəbər verir ki, Zurabişvili parlament seçkilərində vətəndaşların ölkənin Avropa gələcəyinə səs verəcəklərinə əmin olduğunu bildirib.

Zurabişvili bildirib ki, mitinqə toplaşan vətəndaşlar gürcüsayağı sülhlə, ləyaqətlə Avropaya daxil olacaqlar. “Bizim uşaqlarımız və nəvələrimiz bu günü xatırlayacaqlar”, – deyə Zurabişvili bildirib.

Bundan əlavə, Zurabişvili kürsüdən Moldova və Ukrayna prezidentləri Maya Sandu və Vladimir Zelenskiyə müraciət edib. O, Sanduya bu gün keçiriləcək prezident seçkilərində qələbə arzulayıb. O, Moldova və Ukrayna liderlərinə müraciət edərək, “Avropa Birliyinə birlikdə girəcəyik” deyə mesaj göndərib.

“Bu gün mənim qarşımda duran Gürcüstan azad Gürcüstandır. Heç kim bura zorla gətirilməyib. Azadlıqdan və sülhdən qiymətli heç nə yoxdur. Bu gün burada gələcəyin Gürcüstanı və keçmişin Gürcüstanı dayanır. Bu Gürcüstan və o Gürcüstan vahid bir bütövdür. Və bu ölkə Avropaya çevriləcək”, -deyə Zurabişvili çıxışında bildirib.

Tbilisidə keçirilən seçki mitinqinə 50 minə yaxın insan toplaşıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər