Moskva Xersov vilayətinə Kalininqraddan rəhbər göndərib - Putinsayağı inteqrasiya...
Tarix: 05-07-2022 | Saat: 16:27
Bölmə:Karusel / Region | çapa göndər
1320 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-07-2022 | Saat: 16:27
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın Xerson vilayətində işğalçılar rəsmən "işə başlayır"...
"Xerson vilayətinin Rusiyaya inteqrasiyası üçün Rusiyanın xüsusiyyətlərini bilən və təcrübəli işçilər lazımdır..."
Ukraynanın Xerson vilayəti Rusiyaya inteqrasiya edir?..
Xerson vilayətində yeni hökumət işə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Xerson regional hərbi-mülki administrasiyasının "Telegram-kanal"ı məlumat yayıb.
"Xerson vilayəti Rusiya nümunəsi əsasında idarə ediləcək, - məlumatda belə deyilir. - Xerson vilayətinin yenidən formalaşan hökuməti iyulun 5-də işə başlayacaq".
İşğalçı hökumətə bugünədək Kalininqrad vilayəti baş nazirinin birinci müavini işləmiş Sergey Yeliseyev başçılıq edəcək.
Xerson vilayətində baş inzibati şəxsi olaraq hərbi-mülki administrasiyasının rəhbəri Vladimir Saldo qalacaq, Yeliseyev isə onun birinci müavini olacaq.
Ukrayna Ali Radasının "Xalqın xidmətçisi" partiyasından sabiq deputat Aleksey Kovalyov hökymətin kənd təsərrüfatı məsələləri üzrə sədr müavuni olub.
Əvvəllər Kalininqrad vilayətinin bələdiyyənin inkişafı və daxili siyasət üzrə nazirin birinci müavini işləmiş Vladimir Bespalov daxili siyasət üzrə müavin təyin edilib.
Təhsil və elm nazirliyinə Moskvaətrafı Kaşira administrasiyası rəhbərinin sabiq müavini Mixail Rodikov rəhbərlik edəcək.
Xerson hərbi-müıki administrasiyası rəhbəri müavini Kirill Stremousovun sözlərinə görə, hökumətin tərkibi hələ formalaşır, bu məsələ administrasiya ilə müzakirə ediləcək.
"Bunlar yalnız yerli mütəxəssislər deyil, çünki Rusiyaya inteqrasiya üçün Rusiyanın xüsusiyyətlərini bilən və təcrübəli işçilər lazımdır", - Stremousov belə deyib.
Xəbəri paylaş
Digər xəbərlər
10-02-2021, 14:09
Sabiq nazir mülklərini satışa çıxartdı
18-02-2025, 12:58
Şəhid yaxınları ağlayanda siz harda idiniz ki, onlar güləndə narahat olursuz? - Emin Tarverdiyev
11-02-2025, 11:18
Ayxan Hacızadə: Ermənistan Azərbaycan ərazilərinə uzaq məsafəli zərbələr endirə biləcək hücum silahları əldə etməkdədir
31-01-2024, 09:48
Prezident seçkilərində DSK-ların ərazisində müşahidə üçün ərizələrin təqdim edilməsi müddəti sabah başa çatır
13-04-2026, 08:23
Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırıb
17-03-2022, 11:50
"Qərb Rusiyanı parçalaya bilməz" - Medvedev
20-09-2022, 20:41
Bakı Metrosunda qatarların hərəkətində gecikmələr baş verib
25-07-2023, 11:07
İsmayıllıda çürümüş meyit tapılıb

















