Saytımızı qiymətləndirin


 
 

“Paşinyan səhər bir, axşam başqa bir şey deyir” – ABŞ-da nə olacaq? 
Tarix: 29-04-2023 | Saat: 14:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Paşinyan səhər bir, axşam başqa bir şey deyir” – ABŞ-da nə olacaq?  “Hazırda Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri arasında çərçivə sazişi üzərində iş gedir”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

Eks-nazir Vaşinqtonda keçirilməsi planlaşdırılan üçtərəfli görüşün detallarına toxunub.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və onun azərbaycanlı vəzifədaşı Ceyhun Bayramovun Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.

Öz növbəsində, T. Zülfüqarov xatırladıb ki, həmçinin, burada sənədlərin mübadiləsi olub, eləcə də təkliflər göndərilib:

“İndi də ola bilsin ki, hansısa 1-2 məsələ qalıb və onları da razılaşdırmaq lazımdır.

Çərçivə sazişini bəzi insanlar başa düşmürlər, amma mənə elə gəlir ki, burada sadəcə olaraq, prinsiplərin bəyanatı olacaq. Lakin müvafiq prinsiplərin implementasiyası – həyata keçirilməsi vaxt aparacaq. Rəsmi olaraq, Ermənistan ərazi bütövlüyümüzü tanıyıb, amma bunun həyata keçirilməsi hələ də vaxt tələb edəcək”.

Sabiq nazir əlavə edib ki, Ermənistan indiyə qədər Qarabağ erməniləri üçün dövlət büdcəsindən pul ayırır, hərbçilərini bölgəyə göndərir:

“Bu baxımdan, Vaşinqton görüşü vacib bir mərhələdir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etsin. Təxminən məqsədimiz budur.

Görünür, amerikanların təzyiqi nəticəsində hansısa səslənən mətnlər sayəsində artıq mövqelər yaxınlaşıb. İndi baxaq, görək, təkliflər nədir. Çünki Ermənistanın siyasi davranışlarına fikir versəniz, görəcəksiniz, Baş nazir Nikol Paşinyan səhər bir şey, axşam isə başqa bir şey deyir. Yəni burada ümid bəsləmək olmaz. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, hər bir görüşdə iştirak etsin. Çünki sonra deyilməsin ki, biz bundan imtina edirik”.

“O ki qaldı Kremlin Vaşinqton görüşünə olan münasibətinə, əlbəttə ki, Rusiya ilə ABŞ-ın bir-birilə rəqabəti mövcuddur. İstisna etmirəm ki, hansısa mərhələdə Moskva həmişəki kimi İrəvana təzyiq göstərəcək və çalışacaq ki, hazır mətnə Moskvada qol çəkilsin. Lakin çox şey Rusiyada olan vəziyyətdən asılıdır.

Hazırda mövqelərimiz güclüdür və orada ziyanımıza nə isə olmasını gözləmirəm. Bu baxımdan da biz hər zaman bu cür tədbirlərdə iştirak etməliyik ki, ən azından, öz mövqeyimizi səsləndirək”, – söyləyib.



Xəbəri paylaş

1126 dəfə oxunub.

Digər xəbərlər