Tarix: 18-11-2024 | Saat: 08:24
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın ATACMS raketlərinin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə hücumlarını təsdiqləməsi avtomatik olaraq Britaniyanın “Storm Shadow” raketlərindən istifadəyə icazə verilməsi demək deyil.
Qarabagifo.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti məlumat yayıb.
Məlumata görə bu raketlərin texniki xüsusiyyətləri fərqlidir və buna görə də hər iki vəziyyət ayrıca nəzərdən keçirilir.
Nəşr qeyd edir ki, Britaniya hakimiyyəti Vaşinqtonun Rusiya ərazisinin dərinliklərində “Storm Shadow”dan istifadəyə yaşıl işıq yandırsın deyə ABŞ-a təzyiq göstərməyə çalışır.
Qəzet həmçinin vurğulayıb ki, bunlar Britaniya raketləri olsa da, onların istifadəsi ABŞ texnologiyasına əsaslanır və bunun üçün ABŞ-dan icazə tələb olunur.
Digər xəbərlər