Saytımızı qiymətləndirin


 
 

Fransa Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə edir
Tarix: 19-10-2024 | Saat: 14:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Paris Şimali Atlantika Alyansındakı tərəfdaşları ilə Ukraynanı NATO-ya dəvət etmək imkanları barədə danışıqlar aparır.

Fransanın xarici işlər naziri Jan-Noel Barro bunu Kiyevə səfəri zamanı deyib.

“Ukraynanın NATO-ya dəvət olunmasına gəlincə, biz bu məsələni tərəfdaşlarımızla müzakirə edirik”, – deyə nazir bildirib.

Bir gün öncə Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamen Addad “Le Journal du Dimanche” jurnalına müsahibəsində Ukraynanın NATO-ya rəsmi dəvət edilməsi ilə bağlı məsələni Parisin prioritet hesab etdiyini vurğulayıb. Lakin etiraf edib ki, alyansa üzvlük prosesi kifayət qədər uzun çəkə bilər. Benjamen Addadın sözlərinə görə, Kiyevin alyansa dəvəti hazırda verilə biləcək ilk siyasi siqnaldır.

Qeyd edək ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-Noel Barro Kiyevdə ikigünlük səfərdədir.



Xəbəri paylaş

41 dəfə oxunub.

Digər xəbərlər