Saytımızı qiymətləndirin


 
 

Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb
Tarix: 10-10-2026 | Saat: 10:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Belqorod vilayətində PUA hücumu nəticəsində iki nəfər ölüb

Rusiyanın Belqorod vilayətində pilotsuz uçuş aparatının (PUA) avtomobilə zərbə endirməsi nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə vilayətin operativ qərargahı “Max” platformasında məlumat yayıb.

Bildirilib ki, hadisə Belqorod dairəsinin Yasnıye Zori kəndində baş verib. Rusiya tərəfinin məlumatına görə, Ukraynaya məxsus FPV tipli pilotsuz uçuş aparatı avtomobili hədəfə alıb.

Zərbə nəticəsində iki kişi aldıqları xəsarətlərdən hadisə yerində həyatını itirib. Daha iki yaralı təcili tibbi yardım briqadası tərəfindən vilayət klinik xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, yaralılardan birinin baldır nahiyəsində qəlpə yarası, digərinin isə baş, üz və döş qəfəsində qəlpə yaraları və yanıqlar aşkarlanıb.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər
18-09-2020, 13:39 Hava küləkli olacaq