Saytımızı qiymətləndirin


 
 

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
Tarix: 12-02-2024 | Saat: 16:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal 

Onun sözlərinə görə, Həcc ziyarəti iyun ayında baş tutacaq:

“Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb”.

Qeyd edək ki, bu gündən Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Xatırladaq ki, Həcc ziyarəti Qurban bayramı ərəfəsində olur. Bu il Qurban bayramı iyunun 16-17-si olacaq.



Xəbəri paylaş

1181 dəfə oxunub.

Digər xəbərlər