Saytımızı qiymətləndirin


 
 

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edib
Tarix: 04-07-2025 | Saat: 15:05
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Baş prokuror Yardımlıda vətəndaşları qəbul edib

Baş prokuror Kamran Əliyev Yardımlı rayon prokurorluğunun inzibati binasında Yardımlı, Masallı, Cəlilabad rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 19 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.



Xəbəri paylaş

57 dəfə oxunub.

Digər xəbərlər