Moskva Rusiya-Ukrayna gərginliyi fonunda nüvə silahı təliminə başlayır.

Qarabaginfo.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, fevralın 19-da Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi altında ballistik raketlərlə "strateji məhdudlaşdırıcı qüvvələr"in təlimlərinə start veriləcək.

Təlimlərdə Rusiyanın raket qüvvələri, hava-kosmik qüvvələri, Cənub Hərbi Dairəsi, Şimal Dəniz Donanması iştirak edəcək.