Tarix: 07-10-2022 | Saat: 11:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"ABŞ Edilli kəndində baş verən insan itkilərindən sarsılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk".
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
"Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlığın aşkarlanması sarsıdıcıdır. Bu hadisənin təqsirkarları cavab verməlidirlər. Sülh əldə etmək, yaraları sağaltmaq üçün məsuliyyətli olmaq lazımdır", - ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Digər xəbərlər