Saytımızı qiymətləndirin


 
 

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Tarix: 13-02-2021 | Saat: 12:34
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Caməmməd Əbubəkirov və Heydər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qarabaginfo.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı fevralın 24-ə təyin edilib, prosesin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, hər iki şəxs xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.



Xəbəri paylaş

1343 dəfə oxunub.

Digər xəbərlər