Saytımızı qiymətləndirin


 
 

Gürcüstanlı səyyahlar Şuşa şəhərini ziyarət edib - FOTO
Tarix: 17-10-2024 | Saat: 20:20
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Gürcüstanlı səyyahlar Şuşa şəhərini ziyarət edib - FOTO

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı Şuşa şəhərini ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, Şuşanın tarixi yerlərini ziyarət edən soydaşlarımıza ətraflı məlumat verilib.

Gürcüstan-Ukrayna Universitetinin azərbaycanlı professoru Mahmud Kamaloğlu Şuşada sonuncu dəfə 1976-cı ildə olduğunu və özünü qürurlu hiss etdiyi bildirib:

“Biz 44 günlük Vətən müharibəsini anbaan izləyirdik. Cənab Prezident İlham Əliyevin ərazilərin işğaldan azad olunmasına dair xəbərini səbirsizliklə gözləyirdik. Gürcüstanda yaşayan bütün azərbaycanlılar qələbəni xüsusi bayramla qeyd etdi. Şuşa qalası əzəməti ilə dillərə dastandır. Bu şəhər həm də Azərbaycanın mədəniyyət mərkəzidir. Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində 30 ildən sonra cənnət guşəmizə qovuşduq, onu yenidən dirçəltməyə nail olduq. Fikrimcə, 2020-ci ilin 8 noyabrı tariximizə qızıl hərflərlə ən şanlı gün kimi yazılıb. Həmin gün Qarabağın tacı olan Şuşa şəhəri mənfur işğalçılardan azad olundu. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə hər dəfə eşitdiyimiz Zəfər xəbərləri ilə sevinc və qürur hissləri keçirirdik”.

30 nəfərdən ibarət olan səfər iştirakçıları son olaraq Cıdır düzünə gəliblər. Burada da onlara ətraflı məlumat verilib. Xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı bu yerin əhəmiyyətindən söhbət açılıb.

Gürcüstan parlamentinin deputatı Cəbrayıl Novruzoğlu Cıdır düzündə olmağı həyatında xüsusi əlamətdar gün hesab edib:

“Gəlib gözlərimizlə gördük ki, 30 il işğal altında olan və dağıdılan Şuşa son dörd ildə necə gözəl bərpa edilib. Burada aparılan tikinti-quruculuq işləri bizi çox sevindirir. Mən igid döyüşçülərin Şuşanı azad etmək üçün çıxdığı sıldırım qayaları görəndə bir azərbaycanlı kimi fəxr etdim. Onların analarının qarşısında baş əyirəm”.

Qeyd edək ki, səfər iştirakçıları növbəti gün Xankəndi və Ağdam şəhərlərində olacaqlar.(Apa)



Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər