Tarix: 13-12-2022 | Saat: 14:42
Bölmə:Karusel | çapa göndər
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Laçın yolunda aksiyası davam edir.
Aksiya iştirakçılarının qarşısını kəsən Rusiya sülhməramlıları aksiya keçirilən ərazidə modul tipli kazarmalar quraşdırmağa başlayıb.
Onlar dünəndən əraziyə gətirilmiş konteynerləri yük maşınından boşaldaraq, yolda quraşdırırlar.
Bundan belə qənaətə gəlmək olar ki, sülhməramlıların komandanı Andrey Volkov hadisə yerinə gəlib, aksiya iştirakçılarının sualları cavablandırmaq niyyətində deyil.
Qeyd edək ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarının qanunsuz talanmasını dayandırmağı, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək, onların tələblərini dinləməsini tələb edirlər.
Aksiya dünən səhərdən başlayıb. Eko-fəallar və QHT təmsilçilərin görüş tələbinə baxmayaraq, general Volkov əraziyə gəlmir. Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri yolda maneələr qurub, aksiya iştirakçıları qarşısında sədd çəkiblər. Bu səbəbdən yol bağlanıb.
Digər xəbərlər