Saytımızı qiymətləndirin


 
 

“Zelenskinin “Qələbə” planına dəstək verə bilmərik” –NATO Baş katibi
Tarix: 17-10-2024 | Saat: 11:05
Bölmə:Karusel / Dünya | çapa göndər

NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskinin təqdim etdiyi “Qələbə planı” ilə razılaşmayıb.

Qarabaginfo.az bildirir ki,  NATO-nun baş katibi Mark Rutte Zelenskinin təqdim etdiyi “Qələbə planı”nın yaxşı siqnal olduğunu, lakin mövcud vəziyyəti nəzərə alaraq bütövlükdə bunu dəstəkləyə bilməyəcəyini söyləyib.

“Əlbəttə, Zelenski və komandasının bu planı hazırladıqlarına dair güclü siqnaldır… Bu o demək deyil ki, mən bütün planı dəstəklədiyimi deyə bilərəm. Bu bir az çətin məsələdir, bir çox məsələlər var ki, izahını daha yaxşı başa düşməliyik”-deyə Baş katib bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Radada çıxış edərək beş bəndlik “qələbə planını” təqdim edib. O, müttəfiqlərdən Ukraynanı rəsmi olaraq NATO-ya dəvət etməyi və Rusiyanın tanınmış ərazilərinə Qərb silahları ilə zərbə endirilməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb edir.

“Qələbə planı” beş bənd və üç gizli tətbiqdən ibarətdir.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər