Tarix: 16-10-2024 | Saat: 16:56
Bölmə:Karusel / Region | çapa göndər
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin həkim və müəllimlərin əcnəbilərə yaşayış icazəsi almaq üçün peşələr siyahısından çıxarılmasına çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Volodin Dumanın bu gün keçirilən plenar iclasında bildirib.
“Səhiyyə və təhsil sahələri əcnəbilərə Rusiya Federasiyasında sadələşdirilmiş qaydada yaşamaq icazəsi verilən peşələr siyahısından çıxarılmalıdır”, - deyə Dövlət Dumasının sədri qeyd edib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Əmək Nazirliyi əcnəbilərə Rusiya Federasiyasında yaşamaq icazəsi verilən peşələrin siyahısını sadələşdirilmiş qaydada əsaslandırmalıdır.
Volodin Dövlət Dumasının əmək, sosial siyasət və veteranların işləri üzrə müvafiq komitəsinə əmək miqrasiyası çərçivəsində münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı Əmək Nazirliyinin mövqeyini tələb etməyi tapşırıb.
Digər xəbərlər