Tarix: 15-10-2024 | Saat: 13:50
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 913,4 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 5,2 dəfə, ağ neft istehsalı 12%, sürtkü yağları istehsalı 10,3%, neft bitumu istehsalı 7,1%, dizel yanacağın isə 1,1% artıb.
Məlumata görə, hesabat dövrü ölkədə avtomobil benzini istehsalı 0,9%, neft koksu istehsalı isə 10,8% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri |
2024-cü ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
1070,5 |
99,1 |
3,5 |
Ağ neft, min ton |
492,9 |
112,0 |
41,2 |
Qazoyllar (dizel yanacağı), min ton |
1752,9 |
101,1 |
182,0 |
Mazut, min ton |
26,9 |
5,2 d. |
1,2 |
Sürtkü yağları, min ton |
49,4 |
110,3 |
6,8 |
Maye qazlar, min ton |
151,4 |
84,6 |
1,7 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
869,1 |
105,0 |
55,2 |
ondan: |
|||
neft bitumu, min ton |
211,9 |
107,1 |
14,8 |
neft koksu, min ton |
157,0 |
89,2 |
39,3 |
Digər xəbərlər