Saytımızı qiymətləndirin


 
 

Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir
Tarix: 11-10-2024 | Saat: 12:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Baydenin müşaviri: Biz Bakıda danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir

“Dünənki plenar iclasda qeyd etdiyim kimi, 2024-cü il iqlim böhranı ili kimi müəyyən edilib”.

Qarabaginfo.az xəbər verir ki, bunu "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.

O bildirib ki, iqlim böhranı dünyanı narahat edən əsas məsələlərdən biridir: “Biz burada danışarkən "Milton" qasırğası ABŞ-də zərərlər törətməkdədir. Tullantıları azaltmaq üçün təcili addımlar atmaqla yanaşı, iqlim fəlakətlərinə reaksiyamızı da gücləndirməliyik və gələcək ekstremal hava şəraitinə qarşı işlər görməliyik”.

O həmçinin qeyd edib ki, inkişaf etməkdə olan ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə bu böhranı idarə etmək və uyğunlaşdırmaq üçün dəstək olmalıyıq: “Maliyyə dəstəyi iqlim fəaliyyətində ən kritik məsələdir”.(Apa)



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər