Saytımızı qiymətləndirin


 
 

Netanyahu Həsən Nəsrullahın iki xələfinin aradan götürüldüyünü açıqlayıb
Tarix: 08-10-2024 | Saat: 22:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Netanyahu Həsən Nəsrullahın iki xələfinin aradan götürüldüyünü açıqlayıb

İsrail hərbçiləri Livanda “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullahın iki xələfini artıq məhv edib.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri ölkənin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində deyib.

Qeyd edək ki, müraciətin mətni hökumət başçısının aparatı tərəfindən yayılıb.

"Biz "Hizbullah"ın imkanlarını zəiflətmişik, minlərlə terrorçunu, o cümlədən Nəsrullahın özü, onun xələfi və xələfinin də xələfini öldürmüşük. Bu gün "Hizbullah" uzun illərdən bəri olduğundan daha zəifdir", - deyə o bildirib.

Bir neçə saat əvvəl İsrailin müdafiə naziri Yoav Qalant “Hizbullah”ı “lidersiz təşkilat” adlandıraraq, “Hizbullah”ın icra şurasının rəhbəri olduğu güman edilən Nəsrullahın varisi Haşim Səfi əd-Dinin də aradan götürülməsi ehtimalının yüksək olduğunu deyib. Onun sözlərinə görə, buna görə də təşkilatda qərar verən və hərəkət edən yoxdur.

Bundan əvvəl “Al Arabiya” telekanalı mənbələrə istinadən “Hizbullah”ın baş katibi postuna əsas namizəd hesab edilən Haşim Safi əd-Dinin oktyabrın 3-də İsrailin Beyrutun cənubuna hücumu zamanı həlak olduğu ilə bağlı xəbər yaymışdı.

Telekanalın məlumatına görə, onunla birlikdə təşkilatın bir neçə yüksək rütbəli üzvü və eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti öldürülüb.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər