Tarix: 07-09-2025 | Saat: 10:06
Bölmə:Karusel / Dünya | çapa göndər
Braziliya rəhbərliyi BRİKS-in bəzi üzvlərinə qarşı ABŞ-ın aqressiv addımlarına blokun vahid cavab verməsi üçün videokonfrans formatında fövqəladə sammit çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a braziliyalı politoloq Robertu Santos məlumat verib.
“Braziliya prezident administrasiyasının gözləntiləri ondan ibarətdir ki, BRİKS ABŞ-ın aqressiyasına birgə cavab versin və blokun çoxtərəfliliyin, ölkələrarası hörmətin nümunəsi olaraq qaldığını nümayiş etdirsin”, – deyə ekspert bildirib.
Onun sözlərinə görə, Braziliya lideri Luis İnasiu Lula da Silva ABŞ administrasiyasının tarif tədbirlərinə cavab olaraq icma üzvlərinə ticarət əlaqələrini daha da möhkəmləndirməyi təklif edəcək.
“ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya malları BRİKS ölkələrinin digər bazarlarına yönəldilə bilər”, – Santos vurğulayıb.
Digər xəbərlər