Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Braziliya ABŞ-a qarşı sammit çağırdı: Hansı addım atılacaq?
Braziliya ABŞ-a qarşı sammit çağırdı: Hansı addım atılacaq?Dünən, 10:06. Yazar: Admin |
Braziliya rəhbərliyi BRİKS-in bəzi üzvlərinə qarşı ABŞ-ın aqressiv addımlarına blokun vahid cavab verməsi üçün videokonfrans formatında fövqəladə sammit çağırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS-a braziliyalı politoloq Robertu Santos məlumat verib. “Braziliya prezident administrasiyasının gözləntiləri ondan ibarətdir ki, BRİKS ABŞ-ın aqressiyasına birgə cavab versin və blokun çoxtərəfliliyin, ölkələrarası hörmətin nümunəsi olaraq qaldığını nümayiş etdirsin”, – deyə ekspert bildirib. Onun sözlərinə görə, Braziliya lideri Luis İnasiu Lula da Silva ABŞ administrasiyasının tarif tədbirlərinə cavab olaraq icma üzvlərinə ticarət əlaqələrini daha da möhkəmləndirməyi təklif edəcək. “ABŞ-ın tarif tətbiq etdiyi bəzi Braziliya malları BRİKS ölkələrinin digər bazarlarına yönəldilə bilər”, – Santos vurğulayıb.
Geri dön |