Saytımızı qiymətləndirin


 
 

Ərdoğan Putinə bahalı həddiyə GÖNDƏRDİ
Tarix: 08-10-2024 | Saat: 14:23
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Ərdoğan Putinə bahalı həddiyə GÖNDƏRDİ

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi olaraq Rusiya lideri Vladimir Putinə ad günü hədiyyəsi göndərib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"Türkiyə prezidenti dünənki zəngindən əvvəl xüsusi olaraq hədiyyə göndərib", - Rusiya prezidentinin köməkçisi bildirib.

Uşakov bunun “yaxşı türk hədiyyəsi” olduğunu açıqlayıb. Eyni zamanda, bu hədiyyənin dövlət qulluqçuları üçün icazə verilən 3 min rubl daxilində olub-olmaması sualına cavab verən Uşakov qeyd etdi ki, hədiyyə "bir az baha"dır.

Putinin doğum günü üçün daha nə aldığı barədə danışan prezidentin köməkçisi “hədiyyələr var” deyə cavab verib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dünən 72 yaşını qeyd edib.



Xəbəri paylaş

152 dəfə oxunub.

Digər xəbərlər