Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistan baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında münaqişənin həlli üçün hələlik üçtərəfli formatda görüş keçirmək niyyətində deyillər.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi ideyası tam dəstək tapmayıb.
“Xeyr, biz üçtərəfli görüşlə bağlı razılığa gəlməmişik. Belə bir fikir var idi, lakin bəziləri tərəfindən dəstəklənməyib”, – deyən Uşakov Rusiyanın bu formata etiraz etmədiyini də qeyd edib.