ABŞ prezidenti Co Bayden Fələstinin HƏMAS hərəkatının İsrailə hücumunun ildönümü ilə əlaqədar bəyanat yayaraq bunu pisləyib və İsrailin özünümüdafiə hüququnu tanıyıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden bildirib ki, o və ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailin təhlükəsizliyinə tam sadiqdirlər.
O, ABŞ-ın İsrailin Hizbullah, HƏMAS, husilər və İranın hücumlarından müdafiə hüququnu dəstəklədiyini deyib.
Bayden HƏMAS hücumunun İsrail üçün dəhşətli nəticələrini təsvir edərək, bunun fələstinlilər üçün də pis nəticələri olduğunu və genişmiqyaslı qarşıdurmaya başladığını əlavə edib.