Saytımızı qiymətləndirin


 
 

Ermənilər bu dəfə Samir Şərifovu hədəf aldılar
Tarix: 27-10-2020 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Əmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətinin dayandırılacağı və fond vəsaitlərinin dövlətin hərbi ehtiyaclarına yönləndiriləcəyi ilə bağlı Azərbaycanın Maliyyə naziri Samir Şərifovun adından sosial şəbəkələrdə yayılan məktub saxtadır və Ermənistan tərəfinin növbəti uğursuz təxribatıdır.

Bu barədə Qarabaginfo.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan Maliyyə Nazirliyi, nazir və nazirliyin hər hansı səlahiyyətli şəxsi tərəfindən bu barədə bəyanat və ya açıqlama verilməyib: "Bu, döyüş meydanında aciz vəziyyətə düşən işğalçı ölkənin və onun havadarlarının Azərbaycanın informasiya məkanında təxribat törətməyə yönəlmiş növbəti uğursuz cəhdi kimi qiymətləndirilməlidir", - nazirlikdən bildirilib. Maliyyə Nazirliyi Azərbaycan xalqını bu kimi təxribatlara qarşı diqqətli olmağa, yalnız rəsmi mənbələrdən verilən məlumatlara inanmağa çağırır".

Ermənilər bu dəfə Samir Şərifovu hədəf aldılar



Xəbəri paylaş

365 dəfə oxunub.

Digər xəbərlər
1-01-2021, 13:09 Tarixi dövlət büdcəsi