Tarix: 29-01-2025 | Saat: 20:07
Bölmə:Karusel / Dünya | çapa göndər
Kiyevin meri Vitali Kliçko şəhərin Hərbi Administrasiyasının yeni rəhbəri Timur Tkaçenko barəsində Prezident Vladimir Zelenskiyə müraciət edərək onu yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərini mənimsəməkdə günahlandırıb.
Qarabaginfo.az “Unian“a istinadən xəbərinə görə, o müraciətində bildirib ki, T. Tkaçenko bu əməllərlə şəhər sakinlərini siyasi intriqaların əsirinə çevirir.
“Ali Baş Komandan olaraq siz müharibəyə və Ukraynanın müdafiəsinə köklənmisiniz, lakin ətrafınızdakı bəzi insanlar siyasi intriqalarla məşğuldur. Bu proseslər artıq kritik xarakter alıb. Faktiki olaraq Kiyevdə yerli özünüidarə sisteminin səlahiyyətlərinin məhdudlaşdırılmasına cəhd edilir. Bu isə şəhərin müdafiəsinin təşkilinə yox, hakimiyyətin ələ keçirilməsinə və paytaxtda həyatın iflic vəziyyətə salınmasına yönəlib. Konstitusiyanın təminatçısı kimi sizə müraciət edərək, demokratiyanın əsas prinsiplərindən olan yerli özünüidarə sisteminin məhvinə imkan verməməyə çağırıram”, - deyə V. Kliçko bildirib.
Digər xəbərlər