Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Aliment Fondu yaradıla bilər
Tarix: 26-09-2024 | Saat: 20:50
Bölmə:Karusel / Sosial | çapa göndər

Aliment ailə başçılarının boşanması zamanı ən önəmli məsələlərdən biridir. Alimentin tutulması qaydaları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə həll olunur. Alimentin 2024-cü il üzrə minimum dəyəri 235 manat təşkil edir. Ancaq bununla yanaşı, bu maddi borcdan boyun qaçıranların sayı az deyil. Bu hallarda İcra Xidməti icraata başlayaraq tərəfdən borcun ödənilməsi ilə bağlı qanuni tələblərin yerinə yetirilməsi ilə bağlı iş aparır. Əgər bu cür məsələlər baş verərsə, yaranan çətinliklərlə bağlı aliment ödəməyən tərəf İnzibati Xətalar və Cinayət məcəllələrinə görə məsuliyyətə cəlb olunur.

Bunu 2 saylı “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Aytən Muradova “Ailə-dəyişməyən dəyərimiz” mövzusunda keçirilən Gənc Ailə Forumunda deyib.

Bu məsələdəki yeniliklərdən bəhs edən A.Muradova qeyd edib ki, Ədliyyə Nazirliyi Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparır.

“Dünyanın inkişaf etmiş bir çox ölkəsində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə – aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür. Azərbaycanda da hökumət, ələlxüsus da Ədliyyə Nazirliyi tərəfindən bu barədə müxtəlif müzakirələr aparılır. Yaxın gələcəkdə bununla bağlı təkliflər də irəli sürüləcək”, – deyə Aytən Muradova vurğulayıb.



Xəbəri paylaş

115 dəfə oxunub.

Digər xəbərlər