Tarix: 01-10-2024 | Saat: 09:10
Bölmə:Karusel / Dünya | çapa göndər
İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud quru əməliyyatına başladığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hədəflər “Hizbullah” təşkilatının silahlı birləşmələrinin obyektləridir.
“İsrail dövlətinin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bir neçə saat əvvəl İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah” terror qruplaşmasının hədəfləri və infrastrukturuna qarşı dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq məhdud, lokal və hədəfli quru əməliyyatlarına başlayıb. Bu hədəflər sərhədə yaxın kəndlərdə yerləşir və İsrailin şimalındakı məskunlaşan ərazilər üçün birbaşa təhlükə yaradır.
İsrail Hərbi Hava Qüvvələri quru qüvvələrinə bölgədəki hərbi hədəflərə dəqiq zərbələr endirməklə dəstək verir. “Şimal oxları” əməliyyatı vəziyyətin qiymətləndirilməsinə əsasən, Qəzza və digər bölgələrdəki qarşıdurmalara paralel olaraq davam etdiriləcək”, - məlumatda deyilir.
Qeyd olunub ki, ordu Baş Qərargah və Şimal Komandanlığı tərəfindən hazırlanmış və İsrail hərbçilərinin son aylarda hazırladığı planlar əsasında hərəkət edir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail Livandakı Hizbullah birləşmələrinə qarşı “Şimal oxları” adlı hərbi əməliyyata başlayıb.
Digər xəbərlər