Saytımızı qiymətləndirin


 
 

Bayden Ukraynaya 2,4 milyard dollarlıq yeni yardım paketi elan etdi
Tarix: 27-09-2024 | Saat: 00:09
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ prezidenti Co Bayden Ukraynaya 2,4 milyard dollarlıq yeni yardım paketi elan edib.

Qarabaginfo.az UNİAN-a istinadən bildirir ki, Bayden bu barədə prezident Zelenski ilə Ağ Evdə görüşü zamanı bildirib.

Bayden həmçinin  Zelenskiyə müharibənin sona çatması üçün kritik olan iki vacib elementi deyib.

ABŞ prezidenti qeyd edib ki, ukraynalı həmkarı ilə birlikdə Ukraynanın “bu münaqişədə üstünlüyü necə əldə edəcəyini” müzakirə edəcək. Bununla bağlı Bayden gələcək mümkün danışıqlarda Ukraynanı gücləndirmək üçün iki əsas element müəyyən edib: “Birincisi, biz indi Ukraynanın döyüş meydanındakı mövqeyini dəyişməliyik”.

O əlavə edib ki, bu səbəbdən bu gün Ukrayna üçün yeni 2,4 milyard dollarlıq təhlükəsizlik yardımı paketini elan edir.

Bundan əlavə, Bayden Pentaqona prezidentlik müddətinin sonuna, yəni 20 yanvar 2025-ci ilə qədər Ukraynanın təhlükəsizliyi üçün təsdiqlənmiş bütün maliyyə vəsaitlərini bölüşdürməyi tapşırıb. Bu, gələcək danışıqlarda Ukraynanın mövqeyini gücləndirəcək. 



Xəbəri paylaş

54 dəfə oxunub.

Digər xəbərlər