Saytımızı qiymətləndirin


 
 

Şarl Mişel: Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü planlaşdırılır
Tarix: 15-07-2023 | Saat: 20:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Şarl Mişel: Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşü planlaşdırılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutmuş üçtərəfli görüşündə 6 istiqamət üzrə müzakirələr aparılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Şarl Mişel keçirdiyi mətbuat konfransında bildirib.

O, tərəflərin suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, əlaqələr, humanitar tədarük, hüquq-təhlükəsizlik və nəhayət saxlanılanlarla bağlı müzakirə apardığını qeyd edib.

Şarl Mişel əlavə edib ki, görüşdə liderlərin komandalarının yaxın təmasda qalması razılaşdırılıb.

O, tərəfləri sülh və normallaşma naminə kəskin ritorikadan çəkinməyə çağırıb.

Şarl Mişel Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin daha bir görüşünün planlaşdırıldığını qeyd edib.



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər