Saytımızı qiymətləndirin


 
 

Avropa Komissiyasının rəhbəri: Avropada enerji daşıyıcılarının qiyməti həddindən artıq yüksəkdir
Tarix: 19-09-2024 | Saat: 14:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen

 

“Enerji daşıyıcılarının diversifikasiyası, habelə bərpa olunan enerji mənbələrinə sərmayələrin cəlb olunması Rusiyadan idxala qoyulan məhdudiyyətləri kompensasiya edə bilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu bugünkü mətbuat konfransında Avropa Komissiyasının prezidenti Ursula von der Leyen deyib.

O, Avrozonanın enerji asılılığından xilasında diversifikasiyanın mühüm rol oynayacağını diqqətə çatdırıb:

“Enerji daşıyıcılarının qiymətlərinə təsir göstərən amillərdən biri də iqlim dəyişikliyi, eləcə də qonşu dövlətlərlə münasibətlərin hazırkı səviyyəsidir. Təbii ki, Rusiyanın Ukraynaya hücumu və çoxsaylı digər faktorlar da burada mühüm rol oynayır. Etiraf etməliyik ki, digər kontinentlərlə müqayisədə Avropada enerji daşıyıcılarının qiyməti həddindən artıq yüksəkdir. Qarşımızdakı əsas məsələlərdən biri ilk növbədə bu sahədə bazarın tənzimlənməsindən ibarətdir. Enerji daşıyıcılarının diversifikasiyası, habelə bərpa olunan enerji mənbələrinə sərmayələrin cəlb olunması Rusiyadan enerji daşıyıcılarının idxalına qoyulan məhdudiyyətləri kompensasiya edə bilər. Avropanın bərpa olunan və yaşıl enerji ehtiyatları nə qədər çox olarsa, biz xarici təchizatçılardan asılılığı bir o qədər çox azaldacağıq”.



Xəbəri paylaş

87 dəfə oxunub.

Digər xəbərlər