Saytımızı qiymətləndirin


 
 

Şoyqu Putinin Zəngəzur dəhlizinə dair mesajını Pezeşkiana çatdırdı
Tarix: 18-09-2024 | Saat: 11:05
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Şoyqu Putinin Zəngəzur dəhlizinə dair mesajını Pezeşkiana çatdırdı

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən gözlənilmədən Tehrana səfər edib.

Qarabaqinfo.az xəbər verir ki, Sergey Şoyqu orada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb və danışıqlar aparıb.

Rusiya Təhlükəsizlik Şurasından verilən məlumata görə, danışıqlarda ikitərəfli əməkdaşlığın geniş spektri və möhkəmləndirilməsi - təhlükəsizlik sahəsindən tutmuş kommersiya və iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər müzakirə olunub.

“Mehr” agentliyinin məlumatına görə, Şoyqu çərşənbə axşamı Tehranda İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb və Rusiya prezidenti Vladimir Putinin mesajını İran tərəfinə çatdırıb.

Şoyqu ilə danışıqlar zamanı İran İslam Respublikasının dəhlizlər və kommunikasiya marşrutları (o cümlədən “Zəngəzur dəhlizi”-red.) ilə bağlı siyasəti müzakirə edilib. Səfər zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Məlumata görə, Sergey Şoyqu İran prezidenti Məsud Pezeşkianla da görüşüb  və Putinin mesajını ona çatdırıb.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər