Saytımızı qiymətləndirin


 
 

Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR
Tarix: 12-09-2024 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Novella Cəfəroğlu partiya qurmaq İSTƏYİR

Ötən gün Müsavat Partiyasından istefa verən hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu partiya qurmağı düşünür.

 

Bu barədə Novella Cəfəroğlu Qarabaqinfo.az-a müsahibəsində bildirib.

 

Huquq müdafiəçisi sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra ona qarşı başladılan kampaniyadan söz açıb:

 

"Biz 70 seçki dairəsində monitrinq aparmışıq. Müşahidəçilərin rəyinə əsasən cüzi narazılıqlar olduğunu demişik. Müşahidənin nəticələrini açıqladıqdan sonra mənə qarşı linç kampaniyası başladıldı. Bu kampaniyanı kim və niyə başladıb, bilmirəm, bilmək də istəmirəm.  Sadəcə çox incidim. Müsavatçıya yaraşmayan sözlərlə təhqir etdilər. Böyüklər də məni müdafiə etmədilər. Mən demirəm ki, tənqid etməsinlər. Amma heç olmasa, təhqirlərə cavab verəydilər. Çox adam kənardan Müsavat Partiyasına irad tutur ki, Novellanı niyə çıxarmırsınız. Partiyanın içində narazı olanlar oldu. Mənim üzümdən partiyaya söz gəlməsin  deyə istefa verdim.  Müsavat Partiyasında  kifayət qədər dostlarım var, onların həmişə yanında olacam".

 

Novella Cəfəroğlu siyasətdən getmədiyini və fəaliyyətinə davam edəcəyini bildirib.

 

"Siyasətdən getmirəm. Şüurum, biliyim çoxlarından yaxşıdır. Həm dünyada, həm Azərbaycanda siyasi durumu analiz edə bilirəm. Dostlarım var ki, mənə bir partiyada birləşməyi təklif edir. Onlar deyirlər ki, yığışaq və partiya necə olmalıdır sübut edək.  Amerikadan Avropaya qədər çox sayda ziyalı zəng edib partiyada təmsil olunmaq istəyirlər. Tanınmış jurnalistlər də partiyaya üzv olmaq istəyir. Niyə də bir qadın partiya sədri olmasın?".



Xəbəri paylaş

113 dəfə oxunub.

Digər xəbərlər