Saytımızı qiymətləndirin


 
 

Peskov: Kreml Ukrayna ilə bağlı “sülh planı” haqqında mediadan eşidib, təfərrüatları bilmir
Tarix: 09-09-2024 | Saat: 14:10
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov

 Kreml Almaniya kansleri Olaf Şoltsun Ukrayna ilə bağlı “sülh planı” haqqında mediadan eşidib və təfərrüatları bilmir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir variantı əvvəlcədən rədd etmir.

“Biz KİV-dəki xəbərlərindən başqa heç nə bilmirik. Deyilənlərə görə, hansısa plan hazırlanır. Amma orada hansı detallardan söhbət getdiyini bilmirik. Biz əvvəlcədən heç bir planı rədd etmirik, lakin orada nədən söhbət getdiyini anlamalıyıq”, - deyə Kreml rəsmisi vurğulayıb.

Qeyd edək ki, “La Repubblica” nəşri Şoltsub Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən bir növ yeni Minsk razılaşması olan Ukraynada sülh yolu ilə nizamlanma üçün öz planını hazırladığı barədə məlumat yayıb.



Xəbəri paylaş

196 dəfə oxunub.

Digər xəbərlər