Saytımızı qiymətləndirin


 
 

“Afrika qitəsi Çin diplomatiyası üçün prioritetdir”- Sİ CİNPİN
Tarix: 03-09-2024 | Saat: 11:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Afrika beynəlxalq səhnənin ən mühüm qüvvələrindən biridir və Çin bu qitənin ölkələri ilə əlaqələrin qurulmasını son dərəcə vacib hesab edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Pekində Afrika İttifaqı Komissiyasının rəhbəri Musa Faki Mahamatla görüşündə Çin lideri Si Cinpin deyib.

“Afrika dünyanın mühüm qütbü və Çin diplomatiyasının prioritetidir”, – o bildirib.

O, Çinin Afrika ilə siyasi mübadilələri intensivləşdirməyə, strateji qarşılıqlı etimadı və əməli əməkdaşlığı dərinləşdirməyə və iqtisadi inkişafda təcrübə mübadiləsinə hazır olduğunu da qeyd edib.

Cinpin əlavə edib ki, Çin və Afrika bir-birini möhkəm dəstəkləməli, bərabər və nizamlı çoxqütblü dünyanı və hamının xeyrinə olan inklüziv iqtisadi qloballaşmanı müdafiə etməlidir.



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər