Saytımızı qiymətləndirin


 
 

“Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir” –Lordlar Palatasının üzvü
Tarix: 01-09-2024 | Saat: 20:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir.

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Kurban Hüseyn Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidələrini bölüşərkən deyib.

“Məni buradakı seçkiləri müşahidə etməyə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov dəvət edib. Sizin insanlar olduqca xoşbəxtdir. Çünki Qarabağ 30 ildən sonra azad edilib və bunu insanların simasında hiss etmək olur. Buradakı təcrübəm olduqca xoşdur, seçicilərin çoxu səsvermədə iştirak etdi. Mən Şuşa və Füzulidəki seçkiləri müşahidə etdim. Azərbaycandakı seçki sistemi mənim ömür boyu öyrəşdiyim sistemlə, demək olar ki, eynidir. Bu, mənim xaricdə müşahidə etdiyim ilk seçki idi, ancaq heç bir sürpriz olmadı. Böyük Britaniyada seçkilər necə keçirilirsə, Azərbaycanda da elə keçirilir”,- o qeyd edib.(Report)



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər
13-06-2022, 14:36 Lavrov İrana gedəcək