Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın şəhid ailələrimizlə görüşündən - Fotolar
Tarix: 31-08-2024 | Saat: 10:54
Bölmə:Karusel / Siyasət | çapa göndər

erdoganin-sehid-ailelerimizle-gorusunden

“YAŞAT” Fondu, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə şəhid ailə üzvlərinin Ankaraya səfəri davam edir. 

Qarabaginfo.az xəbər verir ki, şəhid ailə üzvləri 30 Avqust - Zəfər Bayramı  ilə bağlı Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində iştirak ediblər. 

Tədbirin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı şəhid ailə üzvləri ilə görüşüb. Bildirib ki, can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür. 

Sonra şəhid ailə üzvləri Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan 30 Avqust - Zəfər Bayramı Özəl Konsert proqramında iştirak ediblər.

Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur. 

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.(Qafqazinfo)







 



Xəbəri paylaş

74 dəfə oxunub.

Digər xəbərlər