Saytımızı qiymətləndirin


 
 

KİV: İsrail Qəzzada uzunmüddətli mövcudluq üçün infrastruktur yaradır
Tarix: 31-08-2024 | Saat: 08:00
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: İsrail Qəzzada uzunmüddətli mövcudluq üçün infrastruktur yaradır

İsrail Qəzza zolağında uzunmüddətli hərbi mövcudluq üçün xüsusi dəhlizlər şəklində infrastruktur yaradır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sky News“ telekanalı məlumat yayıb.

“İsrailin Qəzzada infrastruktur inşa edə biləcəyinə dair sübutlar var ki, bu da uzunmüddətli hərbi mövcudluq planlarının əlamətidir. Bir neçə ay ərzində toplanmış peyk şəkilləri Qəzza zolağının şimalında yeni dəhlizin yaradılmasını qeydə alıb. Bu dəhliz İsraillə sərhəddən Beyt Hanun şəhərinin kənarına qədər uzanır”, - telekanal “Forensic Architecture” analitik şirkəti tərəfindən toplanmış peyk görüntülərinə istinad edərək qeyd edir.

Qeyd olunur ki, İsrail ordusu hərbi fəaliyyət məqsədilə əlverişli dəhliz yaratmaq üçün əvvəlki tikililərin qalıqlarını buldozerlərlə söküb.



Xəbəri paylaş

68 dəfə oxunub.

Digər xəbərlər